Yuxarı
    Bağlamaq

    Baş Nazirin müavini: "Qazaxıstan, Çin Bakı-Tbilisi-Qars dəhlizindən istifadə etmək üçün müraciət edib"

    Bu dəhlizin banisi Azərbaycandır

    Bakı. 28 noyabr. REPORT.AZ/ Bakı-Tbilisi-Qarsın (BTQ) tikintisi getdiyi müddətdə, dəhlizdən istifadə etmək üçün Qazaxıstan, Çin və digər ölkələr müraciət edib.

    “Report” xəbər verir ki, bu barədə jurnalistlərə Baş Nazirin müavini Abid Şərifov bildirib.
    “Bakı-Tbilisi-Qars (BTQ) möcüzəli bir layihədir. Heç düşünülməzdi ki, nə vaxtsa Azərbaycan bir başa Avropa ilə birləşər. Bu dəhlizin banisi Azərbaycandır. Təbii ki, Türkiyənin dəstəyi ilə”- deyə A.Şərifov bildirib.
    A.Şərifov, həmçinin qeyd edib ki, bir neçə il bundan əvvəl, dəhlizdən istifadə etmək üçün çox ölkələr müraciət edib. Buna Qazaxıstan, Çin və digər ölkələr daxildir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi