Balaxanı və Mehdiabad yolları istifadəyə verilib

Balaxanı və Mehdiabad yolları istifadəyə verilib Qəsəbələrin yollarına yeni asfalt-beton örtüyü döşənib
İnfrastruktur
24 Avqust , 2015 14:38
Balaxanı və Mehdiabad yolları istifadəyə verilib

Bakı. 24 avqust. REPORT.AZ/ Bakı şəhərində Balaxanı yolu təmirdən sonra yenidən istifadəyə verilib. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən "Report"a daxil olan xəbərə görə, ümumilikdə qeyd edilən yolun 4 kilometrlik hissəsinin köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb və yolun hərəkət hissəsi yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilib. Daha sonra yola 30 min kv. metr yeni asfalt-beton örtüyü döşənib. Nəticədə, uzun müddət təmir olunmadığı üçün sıradan çıxmış yol tam yeni görkəm alıb. Hazırda nəqliyyat vasitələri rahat şəkildə bu yoldan istifadə edə bilirlər.

Təmir işləri Mehdiabad qəsəbəsinin giriş hissəsində də aparılıb. Bu ərazidə də yolun hərəkət hissəsi uzun müddətdir təmir olunmadığı üçün sıradan çıxmış vəziyyətdə idi. Balaxanı və Binəqədi yolları, Mehdiabad qəsəbəsinə şəhərdən gələn yolun və qəsəbənin daxili yolunun birləşdiyi hissədə 5 min kv. metr sahəyə yeni asfalt-beton örtüyü döşənib. Bununla da, sözügedən ərazidə nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkəti təmin olunub. 

Son xəbərlər

Orphus sistemi