Yuxarı
    Bağlamaq

    Balakən sakinləri Qax-Ləkit marşrut xəttinin açılması üçün nəqliyyat nazirinə müraciət ediblər

    Rayon sakinləri bu təkliflərini Ziya Məmmədovun qəbulu zamanı səsləndiriblər

    Bakı. 29 iyul. REPORT.AZ/ Nəqliyyat naziri Ziya Məmmədov bu gün Balakən rayonunda vətəndaş qəbulu keçirib. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Şəfa Mehmanqızının "Report"a verdiyi məlumata görə, nazir Balakən, Qax və Zaqatala rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciət, şikayət və təkliflərini dinləyib.

    Vətəndaşların müraciətlərinə əsasən, Zaqatala-Mosul avtobus marşrut xəttinin Manquşan Oba istiqamətinədək uzadılması, Qax-Ləkit müntəzəm marşrut xəttinin açılmasına köməklik göstərilməsi, Qax şəhərdaxili marşrut xətlərində işləyən köhnə avtobusların yeniləri ilə əvəz edilməsi, eləcə də Balakən Avtovağzalının pasportlaşdırılmasına köməklik göstərilməsi ilə müraciət olunub.

    Zaqatala şəhərində yeni istifadəyə verilmiş beynəlxalq avtovağzalla bağlı, Zaqatala-Faldarlı marşrut xəttinin açılması və Katex-Qaybalı Oba avtomobil yolunun tikintisi ilə əlaqədar vətəndaşlar tərəfindən minnətdarlıq ifadə olunub. Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

    Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi