Yuxarı

“Balakən” gəmi-bərəsi təmirdən sonra istismara qaytarılıb

“Balakən” gəmi-bərəsi təmirdən sonra istismara qaytarılıb
© Acsc.az

Bakı. 30 yanvar. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nəqliyyat donanmasına məxsus “Balakən” gəmi-bərəsinin əsaslı təmiri yekunlaşıb.

Gəmiçilikdən “Report”a verilən məlumata görə, gəmi dəniz sınağından da uğurla çıxıb.

Gəmi-bərənin sükan və köməkçi qurğusu, hərəkət mexanizmləri, müxtəlif təyinatlı nasoslar, baş və köməkçi mühərriklər əsaslı təmir olunub. Bəzi detallar yeniləri ilə əvəzlənib. Bərənin sualtı və suüstü hissəsi, vaqon göyərtəsi təmizlənərək rənglənib.

Gəminin avtomatika, naviqasiya avadanlıqları və elektrik hissələrində də bütün zəruri yoxlama və təmir işləri həyata keçirilib.

“Balakən” gəmi-bərəsi əsaslı təmirdən sonra yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismar edilir. Gəmi-bərə Bakı-Türkmənbaşı-Bakı, Bakı-Aktau-Bakı, Bakı-Kurık-Bakı xətlərində müntəzəm çıxacağı səfərlərdə dəmir yolu vaqonları daşıyacaq.

Məlumat üçün bildirək ki, uzunluğu 154,5 metr, eni isə 17 metr olan gəminin maksimal sürəti 13,9 uzeldir. Bərə göyərtəsinə 54 vaqon götürmək qabiliyyətindədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi