Yuxarı
    Bağlamaq

    “BakuBus” sürücülər üçün yaddaş kitabçası hazırlayıb

    Kitabçada göstərilən tələbləri yerinə yetirməyən sürücülər inzibati məsuliyyətə cəlb olunacaq
    Bakı. 1 sentyabr. REPORT.AZ/ Sürücülərin maarifləndirilməsi zəruri hesab olunan məlumatların əks olunduğu “Sürücünün yaddaş kitabçası” sərnişindaşıma fəaliyyətini daha səmərəli təşkil etmək və sürücülərin peşəkarlığını artırmaq məqsədi ilə hazırlanıb. Bunu "Report"a "BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev bildirib. 

    O, deyib ki, yaddaş kitabçasında “avtobus sürücüsü” peşəsinin beynəlxalq standartlara uyğun təsviri ilə yanaşı, “BakuBus”da fəaliyyət göstərən sürücülərin iş rejimi, işə hazırlıq prosesində görmələri zəruri olan tədbirlər, sərnişinlərlə davranış qaydaları, avtobusa texniki xidmət eyni zamanda gündəlik fəaliyyətə dair qeydlər və hesabatların verilmə qaydaları əks olunub.

    Bütün bunlarla yanaşı, sürücünün hüquq və vəzifələri, qəza zamanı hansı zəruri addımların atılması və digər məlumatlar geniş şəkildə yaddaş kitabçasında əksini tapıb.

    "BakuBus" sürücülərinə paylanacaq bu kitabçalar bundan sonra "BakuBus"un bütün avtobuslarında olacaq və sürücülər öz fəaliyyətlərini burdakı qaydalara əsasən həyata keçirəcək. Kitabçada göstərilən tələbləri yerinə yetirməyən sürücülər isə inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi