“Bakmil” stansiyasında işlər dekabrın 1-nə qədər başa çatdırılacaq

“Bakmil” stansiyasında işlər dekabrın 1-nə qədər başa çatdırılacaq Bakı. 8 noyabr. REPORT.AZ/ Bu ilin dekabrın 1-nə qədər Bakı Metropoliteni QSC-nin “Bakmil” stansiyasında işlər başa çatdırılacaq.
İnfrastruktur
8 Noyabr , 2018 17:47
“Bakmil” stansiyasında işlər dekabrın 1-nə qədər başa çatdırılacaq
0 : 00
0 : 00

Bakı. 8 noyabr. REPORT.AZ/ Bu ilin dekabrın 1-nə qədər Bakı Metropoliteni QSC-nin “Bakmil” stansiyasında işlər başa çatdırılacaq.

“Report”un məlumatına görə, bunu qurumun istismar üzrə baş mühəndisi Əlixan Osmanov metro işçilərinin peşə bayramı münasibəti ilə keçirilən tədbirdə jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, bu ilin avqust ayının 8-dən sərnişinlərin "Bakmil" stansiyasına giriş-çıxışı müvəqqəti olaraq qismən məhdudlaşdırılıb. Sərnişinlər 8:20-dən 17:00-a qədər stansiyanın xidmətindən istifadə edə bilmirlər.

Son xəbərlər

Orphus sistemi