Bakıya yeni metro vaqonları iyulda gətiriləcək

Bakıya yeni metro vaqonları iyulda gətiriləcək Bu ilin iyul ayından başlayaraq Bakıya yeni metro vaqonlarının gətirilməsinə başlanılacaq.
İnfrastruktur
7 May , 2019 11:58
Bakıya yeni metro vaqonları iyulda gətiriləcək

Bu ilin iyul ayından başlayaraq Bakıya yeni metro vaqonlarının gətirilməsinə başlanılacaq.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

"İl ərzində ümumilikdə 30 vaqon və yaxud 6 qatar gətiriləcək. Bu qatarlar kondisionerlərlə və digər müasir tələblərə cavab verən elektronika ilə təchiz edilib. Həmçinin bu vaqonların qapıları daha genişdir. Bununla yanaşı vaqonlar əlil arabaları üçün xüsusi yerlərlə təchiz olunacaq. Onu da xüsusi qeyd edim ki, bu qatarlar “Bakı Metropoliteni”nin tələbləri nəzərə alınmaqla istehsal olunur", - o deyib.

Qurumun sözçüsü onu da bildirib ki, köhnə vaqonların xəttən çıxarılması yalnız onlar istismar müddətini başa vurduqdan sonra mümkün olacaq.

Xatırladaq ki, bu il yanvarın 31-də “Bakı Metropoliteni” ilə Rusiyanın "Metrovaqonmaş" şirkəti arasında yeni vaqonların alınmasına dair müqavilə imzalanıb.

Son xəbərlər

Orphus sistemi