Bakıya yeni avtobuslar gətiriləcək

Bakıya yeni avtobuslar gətiriləcək Yeni avtobuslar 65, 79, 18, 85, 61 və 96 saylı marşrutlarda xəttə buraxılacaq
İnfrastruktur
1 İyul , 2016 12:19
Bakıya yeni avtobuslar gətiriləcək

Bakı. 1 iyul. REPORT. AZ/ Bakıda avtomobil nəqliyyatının hərəkətinin təkmilləşdirilməsi, sərnişinlərin gediş-gəlişinin asanlaşdırılması məqsədilə paytaxta yeni sərnişin avtobusları gətiriləcək. Bunu "Report"a açıqlamasında nəqliyyat vasitələrini paytaxta gətirəcək "Xaliq Faiqoğlu" MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Füzuli Sadıqov bildirib. 

Onun sözlərinə görə, bu ilin sonuna qədər 55 ədəd Türkiyə istehsalı olan "İsuzu" markalı avtobuslar gətiriləcək. 

"Yeni avtobuslar da, digər avtobuslarımız kimi “Euro-5” standartına cavab verəcək. Bu avtobuslar geniş salonu, rahat oturacaqları və müasir texniki təchizatı ilə fərqlənəcək. Bundan başqa, avtobuslar müasir videomüşahidə və videoqeydiyyat sistemi, həmçinin kondisionerlə təchiz olunub. Biz fiziki imkanları məhdud insanları da nəzərə almışıq, həmçinin avtobuslarda yaşlı sərnişinlərin rahat minib-düşə bilməsi üçün xüsusi panduslar quraşdırılıb. 24 oturacağı olan bir avtobusun sərnişin tutumu 69 nəfərdir. Avtobusların yan şüşələri salona düşən günəş işığını təsirini təxminən 80% azaldır", - deyə F.Sadıqov əlavə edib. 

Qeyd edək ki, paytaxtda sərnişindaşıma ilə məşğul olan “Xaliq Faiqoğlu” MMC-nin balansında təxminən 300 avtobus var. Yeni gətiriləcək nəqliyyat vasitələri
şirkətə məxsus 65, 79, 18, 85, 61 və 96 saylı marşrutlarda xəttə buraxılacaq.

***

Bu gün Bakıda "Xaliq Faiqoğlu" MMC-nin yeni təmir mərkəzi istifadəyə verilib. Müasir diaqnostika və təmir cihazları ilə təchiz edilmiş mərkəzdə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməklə, şirkətin istismarında olan avtobuslara gündəlik baxış və servis xidmətləri göstəriləcək.

Burada avtobusların daxili və xaricinin təmizlənməsi, o cümlədən avtobus salonlarının dezinfeksiyası həyata keçiriləcək.

Bundan başqa, təmir mərkəzinin inzibati binasında sürücülərin xəttə çıxmazdan öncə həkim müayinəsindən keçmələri üçün xüsusi həkim otağı, dispetçr, ehtiyat hissələrinin saxlanıldığı anbar və ofis otaqları mövcuddur.

Son xəbərlər

Orphus sistemi