Bakının Yusif Səfərov küçəsində hərəkət məhdudlaşdırılır

Bakının Yusif Səfərov küçəsində hərəkət məhdudlaşdırılır Sürücülərdən alternativ yollardan istifadə etmələri tövsiyə olunur
İnfrastruktur
17 Mart , 2017 16:59
Bakının Yusif Səfərov küçəsində hərəkət məhdudlaşdırılır

Bakı. 17 mart. REPORT.AZ/ Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakının Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti istiqamətinə olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılır.

“Azəravtoyol” ASC-dən "Report"a verilən xəbərə görə, məhdudiyyət martın 18-dən 19-na keçən gecədən etibarən, bir neçə günlük tətbiq ediləcək.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Alternativ olaraq sürücülər Nobel prospekti - Nəcəfqulu Rəfiyev küçəsi - Babək prospekti - Heydər Əliyev prospekti, həmçinin Xocalı prospekti - Fəzail Bayramov küçəsi - Babək prospekti - Heydər Əliyev prospekti istiqamətlərindən istifadə edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə, "Azəravtoyol" vətəndaşlardan üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Son xəbərlər

Orphus sistemi