Yuxarı

Bakının yollarında sıxlıq yaranıb

Paytaxtın əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkəti ləngiyir

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bu gün səhər saatlarından Bakıda bir neçə istiqamətdə nəqliyyat vasitələrinin sıxlığı yaranıb. 

Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. 

Məlumata görə, hazırda Yusif Səfərov küçəsi (Mərkəzi Neftçilər xəstəxanasının qarşısı), Üzeyir Hacıbəyov küçəsi (Cavanşir körpüsünə doğru), Tbilisi prospekti (20 Yanvar dairəsi istiqamətində), Afiyəddin Cəlilov küçəsi, habelə Koroğlu Rəhimov küçəsi (Odlar Yurdu Universiteti istiqamətində), Ziya Bünyadov prospekti (nisbi sıxlıq, Çermet körpüsü istiqamətində), eləcə də Abdulvahab Salamzadə küçəsi (Qəbələ dairəsi istiqamətində), Əhməd Ağaoğlu küçəsi, Ş.İ. Xətai prospekti (Təhsil Nazirliyi istiqaməti) və Mətbuat prospektində avtomobillərin sıxlığı müşahidə edilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi