​Bakının Xəzər rayonunda mərkəzi yol təmir olunur

​Bakının Xəzər rayonunda mərkəzi yol təmir olunur Təmir işləri aparılan ərazilərdə hərəkət hissə-hissə məhdudlaşdırılır
İnfrastruktur
24 May , 2016 15:05
​Bakının Xəzər rayonunda mərkəzi yol təmir olunur

Bakı. 24 may. REPORT.AZ/ “Azəravtoyol” ASC Bakı şəhərinin Xəzər rayonu Mərdəkan şosesinin bir hissəsi və Mərdəkan qəsəbəsinin Sergey Yesenin küçəsinin müəyyən hissəsinin təmiri işlərinə start verib. “Report” şirkətə istinadən xəbər verir ki, təmir-tikinti işləri Mərdəkan şosesinin Şağan qəsəbəsinə gedən yolla kəsişməsindən Mərdəkan qəsəbəsinin S.Yesenin küçəsi ilə kəsişməsinədək olan 600 metrlik hissəsində və S.Yesenin küçəsinin Hacı Zeynalabdin Tağıyev küçəsi ilə kəsişməsinədək olan 1 400 metrlik hissəsində aparılır.

Aparılan işlər çərçivəsində piyadaların rahat və təhlükəsiz hərəkəti üçün yol boyu mövcud piyada səkiləri bərpa olunur, kənarlarına səki daşları düzülür. Ümumilikdə, sözügedən əraziyə 4 min poqon metr yeni səki daşları düzüləcək. Eyni zamanda, buna paralel olaraq mövcud avtobus dayanacaqlarının genişləndirilməsi işləri də həyata keçirilir. Dayanacaqlar olan ərazilərdə xüsusi “cib”li dayanacaqlar yaradılır.

Müəyyən ərazilərdə avtonəqliyyat vasitələrinin normal hərəkəti üçün yolun hərəkət hissəsi də 0,5-1 metr genişləndirilir. Bundan başqa, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək, ərazidən daşınır. Eyni zamanda, 10 min kv. metrdən çox sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçiriləcək.

Təmir-tikinti işləri zamanı yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları da yenilənir.

"Təmir işləri aparılan ərazilərdə hərəkət hissə-hissə məhdudlaşdırılır.Sözügedən yolda hərəkətin intensivliyi nəzərə alınaraq işlərin qısa müddət ərzində başa çatdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə kifayət qədər qüvvə cəlb olunub", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi