​Bakının Nizami rayonunda içməli su problemi olacaq

​Bakının Nizami rayonunda içməli su problemi olacaq Məhdudiyyət ərazidə yeni çəkilən magistral su xətlərinin mövcud sistemlərə qoşulması ilə əlaqədardır
İnfrastruktur
24 İyun , 2016 10:42
​Bakının Nizami rayonunda içməli su problemi olacaq

Bakı. 24 iyun. REPORT.AZ/ Bakı şəhərinin Nizami rayonunda içməli su problemi olacaq. “Report” xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Nizami rayonu ərazisində yeni çəkilən magistral su xətlərinin mövcud sistemlərə qoşulması ilə əlaqədar iyunun 24-də gün ərzində Qara Qarayev və Babək prospektlərində, həmçinin E.Süleymanov, İ.Məmmədov, M.Şərifli, T.Abbasov, C.Naxçıvanski, R.Teymurov, B.Nuriyev küçələrində bəzi ünvanlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi