Yuxarı

Bakının kommersiya obyektləri bazarında qiymətlər düşüb

Martda orta satış qiyməti 15%, son bir ildə isə 20% azalıb

Bakı. 20 aprel. REPORT.AZ/ Bu ilin mart ayı ərzində Bakı şəhərinin kommersiya obyektləri bazarında orta satış qiymətləri 15,17%, rüb ərzində 15,93%, son bir ildə isə 19,91% azalaraq 2015-ci il aprelin 1-nə 3 748 dollar/kv. metrə düşüb. Bu barədə "Report"a “MBA” konsaltinq şirkətinin prezidenti Nüsrət İbrahimov məlumat verib. 

Onun sözlərinə görə, paytaxtın I zonası üzrə bu göstərici 4 964 dollar/kv. metr, II zona üçün 4 096 dollar/kv. metr, III zona üçün 2 868 dollar/kv. metr, IV zona üzrə 1 194 dollar/kv.metr olub. Kommmersiya obyektləri bazarında aylıq müqayisədə ən çox azalma I zonada (-21,46%), ən az isə IV zonada (-9,20%) müşahidə edilib.

“MBA” konsaltinq şirkətinin aylıq araşdırmasına əsasən, kommersiya obyektlərinin icarə qiymətləri martda 16,81%, ilk rübdə 23,67%, son bir il ərzində isə 32,85% azalaraq bu ilin aprelin 1-nə 14,35 dollar/kv. metr təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi