Bakının iki rayonunun içməli su təchizatı məhdudlaşdırılır

Bakının iki rayonunun içməli su təchizatı məhdudlaşdırılır Bu, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədardır
İnfrastruktur
11 Fevral , 2017 12:22
Bakının iki rayonunun içməli su təchizatı məhdudlaşdırılır

Bakı.11 fevral.REPORT.AZ/ Bu gün Bakının Yasamal və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bu barədə "Report"a "Azərsu" ASC-dən bildirilib.

Məlumata görə, məhdudiyyət Yasamal rayonunun Həsən bəy Zərdabi küçəsi ilə Akim Abbasov küçələrinin kəsişməsindəki 700 mm diametrli magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədardır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abunəçilərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi