Bakının iki prospektində rənglənmə işləri aparılacaq

Bakının iki prospektində rənglənmə işləri aparılacaq Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq
İnfrastruktur
18 Aprel , 2017 12:54
Bakının iki prospektində rənglənmə işləri aparılacaq

Bakı. 18 aprel. REPORT.AZ/ "Azəravtoyol" ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidləri, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri aparılacaq.

"Azəravtoyol"un Mətbuat Katibliyindən "Report"a verilən xəbərə görə, rənglənmə işləri bu axşam saat 22:00-dan etibarən Yasamal rayonu Hüseyn Cavid prospekti, Hüseyn Cavid parkının ətrafı və Tbilisi prospektində aparılacaq.

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

"Azəravtoyol" sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.

Son xəbərlər

Orphus sistemi