Bakı. 7 dekabr. REPORT.AZ/ Yağışlı hava şəraiti ilə əlaqədar Bakının iki əsas avtomagistralında - Heydər Əliyev prospektinin Buzovna dairəsinə qədər olan hissəsində və Zığ dairəsindən Heydər Əliyev Beynəlxalq Aeroportuna qədər olan yolda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilb.
Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir: "Sürücülərə tövsiyə olunur ki, yollardakı sürət həddinə əməl etsinlər".