Yuxarı
    Bağlamaq

    Bakının əsas yollarında sıxlıq yaranıb

    Bakı-Sumqayıt şosesində nisbi sıxlıq müşahidə edilir

    Bakı. 30 sentyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı şəhərinin Ziya Bünyadov prospektində (Ayna Sultanova körpüsü) nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. 

    "Report"un Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) əldə etdiyi məlumata görə, hazırda Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi (Cavanşir körpüsü istiqamətində), Heydər Əliyev prospekti (Heydər Əliyev Mərkəzinə doğru, əsas və kənar yollar), habelə Ağa Neymətulla küçəsi ("N.Nərimanov" metro stansiyası istiqamətində), A.M.Şərifzadə küçəsi (Mətbuat prospekti istiqamətində) və Bakı-Sumqayıt şosesində (Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, nisbi) sıxlıq yaranıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi