Bakının əsas prospektlərinin birində tıxac yaranıb

Bakının əsas prospektlərinin birində tıxac yaranıb Bəzi küçələrdə isə hərəkkət intensivdir
İnfrastruktur
29 Mart , 2016 08:11
Bakının əsas prospektlərinin birində tıxac yaranıb

Bakı. 29 mart. REPORT.AZ/ Bakıda müşahidə edilən yağışlı hava bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətində sıxlıq yaradıb.

"Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, hazırda Babək prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində, həmçinin Yusif Səfərov küçəsinin Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməsində maşınların tıxacı müşahidə edilir.

Eyni zamanda A. Bakıxanov küçəsində (Dədə Qorqud parkı istiqamətində), Ziya Bünyadov prospektində (20 Yanvar Dairəsinə doğru) və Afiyəddin Cəlilov küçəsində nəqliyyat vasitələrinin intensiv hərəkəti qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi