Yuxarı

Bakının əsas prospektlərində nəqliyyatın sıxlığı müşahidə olunur

Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə edilir

Bakı. 7 aprel. REPORT.AZ/ Bu gün səhər saatlarından Bakı şəhərinin Heydər Əliyev prospektində (şəhər istiqamətində) nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, sürücülər alternativ olaraq Ziya Bünyadov və Babək prospektlərindən istifadə edə bilərlər.

Eyni zamanda, Yusif Səfərov küçəsi (Cavanşir körpüsü istiqamətində), Bakı-Sumqayıt şosesi (Bakı Beynəlxalq Avtovağzalın qarşısı), Tbilisi prospekti (Nəqliyyat Nazirliyinin qarşısı) və Azadlıq prospektinin Həsən Əliyev küçəsi ilə kəsişməsində nəqliyyatın hərəkətində sıxlıq var.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi