Bakının əsas avtomagistrallarında sürət həddi aşağı salınıb

Bakının əsas avtomagistrallarında sürət həddi aşağı salınıb Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir
İnfrastruktur
28 Yanvar , 2017 21:13
Bakının əsas avtomagistrallarında sürət həddi aşağı salınıb

Bakı. 28 yanvar. REPORT.AZ/ Faktiki hava şəraiti ilə əlaqədar olaraq paytaxtın bir sıra magistrallarında sürət həddi dəyişdirilib. 

Bakı Nəqliyyat Agentliyindən "Report"a verilən məlumata görə, Bakının əsas avtomagistrallarında - Heydər Əliyev prospekti - Hava limanı istiqamətində eləcə də Nobel prospekti - Zığ yolu-Hövsan istiqamətlərində bütün zolaqlar üzrə sürət həddi 20 km/ saat aşağı salınıb.

Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Son xəbərlər

Orphus sistemi