Yuxarı

​Bakının əksər prospektlərində sıxlıq müşahidə edilir

Bəzi yollarda hərəkət hər iki istiqamətdə ləng gedir

Bakı. 9 oktyabr. REPORT.AZ/ Bu dəqiqələrdə Bakı şəhərinin əksər hissələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, hazırda Bakı-Sumqayıt şosesi (paytaxt istiqamətində), Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), Binəqədi şosesi (şəhər mərkəzi istiqamətində), Yusif Səfərov küçəsi (Neftçilər Xəstəxanası istiqamətində), həmçinin, Rəşid Behbudov küçəsi (Türkiyə səfirliyinin qarşası), Afiyəddin Cəlilov küçəsi, Şah İsmayıl Xətai prospektində (Təhsil Nazirliyinin qarşısı) avtomobillərin hərəkətində sıxlıq qeydə alınıb.

Bundan başqa, Səməd Vurğun küçəsi (Vaqif küçəsi ilə kəsişmə), Tbilisi prospekti (Nəqliyyat Nazirliyi istiqamətində), İnşaatçılar prospekti (Dövlət Statistika Komitəsinin qarşısı) və Niyazi küçəsində (Neftçilər prospekti, Qız qalasının qarşısı) də nəqliyyat vasitələri ləng hərəkət edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi