Bakının dəniz və hava limanlarının logistika mərkəzləri inteqrasiya olunacaq

Bakının dəniz və hava limanlarının logistika mərkəzləri inteqrasiya olunacaq Taleh Ziyadov: "Dəniz limanı yaxınlığında aeroportun inşasına hələ ehtiyac yoxdur"
İnfrastruktur
17 Mart , 2016 15:07
Bakının dəniz və hava limanlarının logistika mərkəzləri inteqrasiya olunacaq

Bakı. 17 mart. REPORT.AZ/ Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Heydər Əliyev Beynəlxalq Hava Limanında mövcud olan logistika mərkəzini inteqrasiya etmək niyyətindədir. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov bildirib. 

Onun sözlərinə görə, beynəlxalq hava limanında çox yaxşı logistika mərkəzi mövcuddur: "Biz bunu ilkin mərhələdə etməyi planlaşdırırıq".

Liman ətrafında aeroportun tikilməsi ideyası ilə bağlı T.Ziyadov qeyd edib ki, hava limanı konsepti hazırda çox aktual deyil: "Bir hava limanının kifayət etməyəcəyi həcmdə yük qəbul olarsa, yeni bir hava limanı təklifi ola bilər. Hələlik buna ehtiyac yoxdur".

Son xəbərlər

Orphus sistemi