Yuxarı

​Bakının dəmiryolu və avtobus vağzallarında taksi dayanacaqları təşkil edilib

Hazırda bu dayanacaqlarda yerləşdirilməsi nəzərdə tutulan avtomobillərin sayı dəqiqləşdirilir

Bakı. 22 aprel. REPORT.AZ/ İyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıq mərhələsində qonaqlar, tədbir iştirakçıları və şəhər sakinlərinə sərnişindaşıma xidməti göstərmək məqsədilə Bakı Dəmiryolu Vağzalı və Bakı Beynəlxalq Avtovağzalın ərazilərində taksi dayanacaqları təşkil edilib və pasportlaşdırılıb. Bu barədə "Report"a "Bakı Sərnişin Nəqliyyatı" MMC-dən məlumat verilib.

Bundan başqa, hazırda Bakı şəhərinin digər əraziləri üzrə 79 sayda pasportlaşdırılmış taksi dayanacaqları təşkil olunub. Hazırda bu dayanacaqlarda yerləşdirilməsi nəzərdə tutulmuş minik avtomobillərinin sayı dəqiqləşdirilir. Onların təxmini sayı 800-900 vahid olacaq.

Xatırladaq ki, beynəlxalq idman oyunları vaxtı Bakı şəhərinin mərkəzi hissəsində istismar olunan avtobus marşrutlarının iş rejiminin saat 02:00-dək uzadılması nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi