Bakının daha bir neçə küçəsində üfüqi nişanlanma xətləri rənglənəcək

Bakının daha bir neçə küçəsində üfüqi nişanlanma xətləri rənglənəcək Bu işlər paytaxtın Nəsimi rayonunda həyata keçiriləcək
İnfrastruktur
25 Aprel , 2017 10:43
Bakının daha bir neçə küçəsində üfüqi nişanlanma xətləri rənglənəcək

Bakı. 25 aprel. REPORT.AZ/ “Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir. 

Qurumdan "Report"a verilən məlumata görə, bu gün saat 11:00-dan etibarən paytaxtın Nəsimi rayonunun Səməd Vurğun, Məhəmməd Füzuli və Şamil Əzizbəyli küçələrinin kəsişməsində (Heydər Əliyev sarayının arxasında) üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu işlər axşam saatlarına qədər yekunlaşdırılacaq. 

Bu gün saat 22:00-dan etibarən isə analoji işlər Bakının Nəsimi rayonunun Şamil Əzizbəyli, Məhəmməd Füzuli, Bülbül və Səməd Vurğun küçələrində aparılacaq. Rənglənmə işləri səhər saatlarına qədər yekunlaşdırılacaq.

"Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.

Son xəbərlər

Orphus sistemi