Yuxarı

Bakının bəzi yollarında avtomobillərin sıxlığı yaranıb

Paytaxtın bir sıra yollarında isə intensiv hərəkət müşahidə olunur

Bakı. 28 mart. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı şəhərinin bəzi əsas yol və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, hazırda Babək prospektinin Heydər Əliyev prospekti ilə kəsişməsində, Afiyəddin Cəlilov küçəsində, o cümlədən A.Bakıxanov küçəsində sıxlıq yaranıb.

Bundan başqa, Həsən Əliyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsində, habelə Tbilisi prospekti (20 Yanvar dairəsi istiqamətində), Binəqədi şosesi (mərkəzə doğru), Ə.Ağaoğlu küçəsinin Xətai prospekti ilə (Təhsil Nazirliyinin qarşısı) kəsişməsində nəqliyyat vasitələri intensiv hərəkət edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi