Yuxarı

​Bu gün Bakının bəzi rayonlarında su problemi olacaq

Məhdudiyyətlər yeni çəkilən magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədardır

Bakı. 4 avqust. REPORT.AZ/ Bu gün Bakı şəhəri Yasamal və Nəsimi rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Report”a “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, gün ərzində məhdudiyyətlər İzmir küçəsində 5, 7, 9 saylı yaşayış binalarına, Tbilisi prospekti, Həsən Əliyev və Bakıxanov küçələrinin bir hissəsində olacaq.

Məhdudiyyətlər yeni çəkilən magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədardır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi