​Bakının bəzi hissələrinə içməli suyun verilməsi məhdudlaşdırılacaq

​Bakının bəzi hissələrinə içməli suyun verilməsi məhdudlaşdırılacaq Qurum yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir
İnfrastruktur
8 Dekabr , 2014 10:45
​Bakının bəzi hissələrinə içməli suyun verilməsi məhdudlaşdırılacaq

Bakı. 8 dekabr. REPORT.AZ/ İkinci Bakı Su Kəmərinin paytaxtın Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi ərazisindən keçən hissəsində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar dekabrın 8-9-da Bakının bəzi yerlərinə içməli suyun verilməsində fasilələr olacaq. Bu barədə "Report"a “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, təmirlə əlaqədar olaraq Bakı şəhəri Heydər Əliyev, Azadlıq, Bülbül, Ziya Bünyadov, Nobel, Babək prospektlərinin, S.Vurğun, S.Rüstəm, İ.Nəbiyev, R.Behbudov, Füzuli, Əliyar Əliyev, Kazımağa Kərimov, Aşıq Qurban küçələrinin, Yeni Günəşli, Keşlə və NZS qəsəbələrinin bəzi hissələrinə, “Azərneftyağ” neft emalı zavoduna, Ə.Bayramzadə adına 1 saylı İstilik Elektrik Mərkəzinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.

Qurum yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi