Bakının 3 rayonunda içməli suyun verilişi məhdudlaşdırılacaq

Bakının 3 rayonunda içməli suyun verilişi məhdudlaşdırılacaq Bu, magistral su kəmərində baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlıdır
İnfrastruktur
2 Fevral , 2017 15:15
Bakının 3 rayonunda içməli suyun verilişi məhdudlaşdırılacaq

Bakı. 2 fevral. REPORT.AZ/ Bu gün Bakı şəhərinin Yasamal, Nəsimi və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

Bu barədə “Report”a “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, məhdudlaşma magistral su kəmərində baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədardır.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi