​Bakıdan Naxçıvana və geriyə hava xətti ilə uçan şəxslərə yeni güzəşt tətbiq ediləcək

​Bakıdan Naxçıvana və geriyə hava xətti ilə uçan şəxslərə yeni güzəşt tətbiq ediləcək Dəyişiklik 2014-cü il 15 noyabr tarixindən qüvvəyə minir
İnfrastruktur
12 Noyabr , 2014 15:40
​Bakıdan Naxçıvana və geriyə hava xətti ilə uçan şəxslərə yeni güzəşt tətbiq ediləcək

Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycanın Baş naziri Artur Rasizadə “Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” qərara dəyişiklik edib. “Report” xəbər verir ki, qərarla “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan Azərbaycan Respublikasının vətəndaşlarına tətbiq edilən uçuş tarifi üzrə güzəştlərdə yaş həddi aşağı endirilib.

Belə ki, indiyədək I və II qrup əlillərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, 5 yaşından 12 yaşınadək uşaqlara və tələbələrə (ildə 2 dəfə gediş-gəliş üçün) 30 manat məbləğində güzəşt nəzərdə tutulurdu. Dəyişikliklə güzəşt tətbiq edilən uşaqların yaş həddi 5-dən 2-yə (2-12 yaş) endirilib.

Dəyişiklik 2014-cü il 15 noyabr tarixindən qüvvəyə minir.

Son xəbərlər

Orphus sistemi