Yuxarı
    Bağlamaq

    Bakıdan Kazana uçan təyyarə Nijni Novqoroda enməli olub

    Bakı. 29 dekabr. REPORT.AZ/ Bu gün saat 9:00-da Bakıdan Kazana J2-9575 saylı aviareyslə hərəkət edən sərnişin təyyarəsi Nijni Novqorod hava limanına enməli olub. 

    Bu barədə “Report”a “Buta Airways” aviaşirkətindən məlumat verilib.

    Məlumata görə, təyinat nöqtəsinin dəyişdirilməsinə səbəb Kazandakı əlverişsiz hava şəraiti olub. Son nəticədə təyyarə hava limanına enə bilməyib və Nijni Novqoroda hərəkət edib. Eniş ştat rejimində baş tutub. 

    Kazanda hava şəraiti yaxşılaşan kimi təyyarə yenidən ora uçacaq. Bu barədə əlavə məlumat veriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi