Yuxarı

Bakıdan İstanbula uçan təyyarə Ankaraya göndərilib

Hava şəraiti ilə əlaqədar Bakı-İstanbul və İstanbul-Bakı aviareysləri təxirə salınıb

Bakı. 18 fevral. REPORT.AZ/ Bu gün saat 17:15-də İstanbuldan Bakıya gəlməsi gözlənilən "Azərbaycan Hava Yolları"nın (AZAL) aviareysi təxirə salınıb. 

Heydər Əliyev Beynəlxalq Hava Limanından “Report”a verilən məlumata görə, İstanbulda pisləşən hava şəraiti və güclü qar yağması səbəbindən 19:40-da Bakıya enməsi gözlənilən "Türk Hava Yolları"nın da analoji reysi təxirə salınıb.

Bununla yanaşı, bu gün 12:50-də (İstanbul vaxtı ilə 10:50) İstanbulda enməli olan AZAL-ın reysi hava şəraiti ilə əlaqədar olaraq Atatütk Hava Limanına enə bilmədiyi üçün Ankaraya yönləndirilib və təyyarə 15:03-də Türkiyə paytaxtına enib.

Qeyd edək ki, həmin təyyarə təxminən 15:00 radələrində Bakıya gəlməli idi, amma hələ də Ankaranın Esenboğa Hava Limanında İstanbula və ya Bakıya uçuş üçün icazə gözləyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi