Bakıdan həyata keçirilən aviareyslərdə gecikmələr olub

Bakıdan həyata keçirilən aviareyslərdə gecikmələr olub Həm AZAL, həm də xarici aviaşirkətlərə məxsus uçuşlar vaxtında baş tutmayıb
İnfrastruktur
3 İyul , 2018 10:06
Bakıdan həyata keçirilən aviareyslərdə gecikmələr olub
0 : 00
0 : 00

Bakı. 3 iyul. REPORT.AZ/ Azərbaycanda elektrik enerjisi təchizatı ilə bağlı problemin yaranması Heydər Əliyev Beynəlxalq Aeroportundan həyata keçirilən aviareyslərdə gecikməyə səbəb olub.

"Report" "flightradar24"ə istinadən xəbər verir ki, gecikmələr "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus Bakı-Naxçıvan və Bakı-Berlin, "Buta Airways"ə məxsus Bakı-İstanbul, "Türk Hava Yolları"na məxsus Bakı-İstanbul, "Ukrayna Beynəlxalq Hava Yolları"na məxsus Bakı-Kiyev, "UTair"ə məxus Bakı-Moksva, "Gulf Air"ə məxsus Bakı-Manama aviareyslərində qeydə alınıb. 

Bununla belə, AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski "Report"a bildirib ki, uçuşlarda ləngimə olmayıb. 

Son xəbərlər

Orphus sistemi