Bakıdan Dubaya yeni aviareys açılır - YENİLƏNİB

Bakıdan Dubaya yeni aviareys açılır - YENİLƏNİB Oktyabrın 25-dən başlanan reyslərin bir tərəfə avibiletinin qiyməti 99 avro olacaq
İnfrastruktur
11 Sentyabr , 2015 17:29
Bakıdan Dubaya yeni aviareys açılır - YENİLƏNİB

İlk xəbər saat 13:34-də verilib

Bakı. 11 sentyabr. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" QSC 2015-2016-cı illərin qış mövsümü üçün Bakı-Dubay marşrutu üzrə yeni aviareysə başlayır. “Report” xəbər verir ki, oktyabrın 25-dən etibarən gündə bir dəfə olmaqla Bakı-Dubay marşrutu üzrə şəhərin cənub-qərbində yerləşən digər hava limanı, “Dubai Al Maktum” (Cəbəl-Əli kurortu) aeroportuna da uçuşlara başlanacaq.

Qeyd edək ki, aviaşirkət uçuşları “Embraer 190” təyyarələri ilə reallaşdıracaq. Sözügedən istiqamətdə uçuşlar hazırda Dubay Beynəlxalq Hava Limanına gerçəkləşdirilir.

***

Bu istiqamət üzrə aviabiletlərin qiyməti (bütün rüsumlar daxil olmaqla) sabit olacaq və bir tərəfə 99 avro təşkil edəcək. Bu marşrut üzrə hər ayrıca baqaj üçün (23 kq-dan artıq olmayan) ödəniş nəzərdə tutulur, sərnişin ölçüsü 55x35x20 sm olan əl yükünü (5 kq-dan artıq olmayan) təyyarəyə pulsuz götürə bilər.

Təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanından saat 17:30-da çıxacaq, yerli vaxtla saat 20:25-də "Al Maktum" hava limanına çatacaq.

Əks istiqamətdə aviareys isə Dubaydan saat 21:25-də yerinə yetiriləcək və yerli vaxtla saat 00:25-də Bakıya çatacaq.

Son xəbərlər

Orphus sistemi