Bakıdan Ağstafaya sürətli elektrik qatarının işləməsinə hazırlıq gedir

Bakıdan Ağstafaya sürətli elektrik qatarının işləməsinə hazırlıq gedir Azərbaycan Dəmir Yolları QSC Bakı-Gəncə sürətli elektrik qatarının marşrutunun Ağstafaya çatdırılmasına hazırlıq görür.
İnfrastruktur
2 Dekabr , 2019 10:24
Bakıdan Ağstafaya sürətli elektrik qatarının işləməsinə hazırlıq gedir

"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Gəncə sürətli elektrik qatarının marşrutunun Ağstafaya çatdırılmasına hazırlıq görür.

Bu barədə “Report”a qurumdan bildirilib.

Məlumata görə, Gəncə-Ağstafa sahəsində dəmir yolu xəttinin əsaslı təmiri başa çatıb. Hazırda yoldəyişən qurğuların yenilənməsi, sabit cərəyandan dəyişən cərəyana keçidlə əlaqədar olaraq, enerji təchizatı sisteminin yenidən qurulması və təkmilləşdirilməsi işləri aparılır.

Xatırladaq ki, Bakı-Gəncə qatarı ötən il dekabrın 30-dan fəaliyyət göstərir. Qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. 

Son xəbərlər

Orphus sistemi