Bakıdakı körpülərdə hərəkət məhdudlaşdırılacaq

Bakıdakı körpülərdə hərəkət məhdudlaşdırılacaq Yol ötürücülərində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq
İnfrastruktur
20 Avqust , 2015 17:53
Bakıdakı körpülərdə hərəkət məhdudlaşdırılacaq

Bakı. 20 avqust. REPORT.AZ/ Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərinin yenidən rənglənməsi işlərini həyata keçirir.

Bu barədə “Report”a məlumat verən “Azəryolservis” ASC-dən bildirilib ki, saat 22:00-dan səhər saatlarınadək Babək prospekti ilə Mikayıl Əliyev və Məhəmməd Hadi küçələrinin kəsişmələrində yerləşən yol ötürücülərində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu səbəbdən göstərilən müddət ərzində körpülərdə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq. Həmin istiqamətdə nəqliyyat vasitələri hərəkətlərinə yol ötürücülərinə daxil olmadan yan yollarla rahat və maneəsiz şəkildə davam edə biləcəklər. 

Son xəbərlər

Orphus sistemi