Yuxarı

Yolçu Xanvəli: "Bakıdakı kiçik ət kəsim "butka"larının hamısı ləğv ediləcək"

Şamaxı-Bakı, Quba-Bakı yolunda, Qaradağ rayonunun girişində özəl ət kəsim məntəqələrinin tikilməsi nəzərdə tutulub

Bakı. 15 avqust. REPORT.AZ/ Bakı şəhəri ərazisində özəl ət kəsim məntəqələrinin tikilməsi ilə bağlı layihə bir ildən çoxdur hazırlansa da, hələ heç bir məntəqə tikilməyib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat rəhbəri Yolçu Xanvəli "Report"a bildirib ki, qurum tərəfindən hazırlanan layihə Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunub. 

O deyib ki, layihəyə əsasən, Bakıya daxil olan üç istiqamətdə - Şamaxı-Bakı, Quba-Bakı yolunda, Qaradağ rayonunun girişində özəl ət kəsim məntəqələrinin tikilməsi nəzərdə tutulub: "Özəl ət kəsim məntəqələrinin tikilməsindən sonra Bakı şəhəri ərazisindəki kiçik ət kəsim "butka"larının hamısı ləğv ediləcək. Heyvanlar xüsusi kəsim məntəqələrində kəsildikdən sonra soyuducu maşınlarda şəhərə paylanılacaq".

Y.Xanvəli əlavə edib ki, özəl ət kəsim məntəqələrinin tikilməsi sahibkarlardan asılıdr: "Onlar bu işə təşəbbüs göstərməli və maliyyə yatırmalıdırlar. Amma hələlik bunu həyata keçirmək üçün müraciət edən olmayıb".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi