Bakıda yol təsərrüfatına ziyan vurulub

Bakıda yol təsərrüfatına ziyan vurulub Bakının Qələbə meydanındakı müxtəlif səviyyəli tunel tipli yol qovşağında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yol təsərrüfatına ziyan dəyib.
İnfrastruktur
29 Mart , 2020 16:42
Bakıda yol təsərrüfatına ziyan vurulub

Bakının Qələbə meydanındakı müxtəlif səviyyəli tunel tipli yol qovşağında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yol təsərrüfatına ziyan dəyib.

“Report” bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, 4 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusu avtomobil tunelində idarəetmədən çıxaraq yol ayrıcına çırpılıb. Nəticədə yol ayrıcında quraşdırılmış yol nişanı, elektron tablo və divar üzlükləri sıradan çıxıb.

Hazırda Agentliyin əməkdaşları qəzanın nəticələrini aradan qaldırır. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyəti üzrə göndərilib. 

Son xəbərlər

Orphus sistemi