Yuxarı

Bakıda Ümumdünya Gömrük Təşkilatının Regional Kinoloji Mərkəzi açılıb

Azərbaycan Qabon gömrükçülərinə iki xidməti it hədiyyə edib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bu gün Bakıda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Regional Kinoloji Mərkəzinin rəsmi açılış mərasimi keçirilib. "Report" xəbər verir ki, tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev açıb. 

A.Əliyev Azərbaycanda Kinoloji Mərkəzin 2008-ci ildə yaradıldığını deyib: "Biz Monqolustan, Əfqanıstan, Türkiyə, Toqo və başqa ölkələrə bu təlim mərkəzində hazırlanmış itləri bağışlamışıq. Düşünürəm ki, məhz buna görə də ÜGT bizim mərkəzi növbəti regional təlim mərkəzi kimi qəbul edir. Bakıda ikitərəfli görüş keçiriləndə Qabon nümayəndə heyətinə söz verdiyimiz kimi onlara iki it bağışlayırıq". Komitə sədri həmin itlərin pasportlarını Qabon nümayəndə heyətinin rəhbərinə təqdim edib.

ÜGT-nin baş katibi Kunio Mikuriya çıxışında yaradılan şəraitə görə DGK rəhbərliyinə minnətdarlıq edib.

Daha sonra ÜGT-yə üzv dövlətlərin gömrük xidmətlərinin təlimçi və itlərdən ibarət komandalarının nümayişi keçirilib. Nümayişdə Özbəkistan, Türkiyə, Rusiya, Qırğızıstan, Qazaxıstan, Gürcüstan, Azərbaycan və Argentina komandaları iştirak edib.

Tədbirlər çərçivəsində MDB ölkələri gömrük xidmətlərinin kinoloji strukturlarının xidməti itlərlə çoxnövçülükdə birincilik üzrə V yarışına start verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi