Bakıda Silahlı Qüvvələr günündə marşrut xətlərinin hərəkət cədvəli dəyişdiriləcək

Bakıda Silahlı Qüvvələr günündə marşrut xətlərinin hərəkət cədvəli dəyişdiriləcək Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb
İnfrastruktur
21 İyun , 2018 10:03
Bakıda Silahlı Qüvvələr günündə marşrut xətlərinin hərəkət cədvəli dəyişdiriləcək
0 : 00
0 : 00

Bakı. 21 iyun. REPORT.AZ/ 26 iyun - Silahlı Qüvvələrin yaradılmasının 100-cü ildönümü münasibətilə keçiriləcək hərbi parad və mərasimin təlim-məşqlərinə hazırlıqla əlaqədar olaraq, Neftçilər prospekti – Azneft dairəsi və ətraf küçələrdən keçən marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. 

"Report" bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir. 

Belə ki, 24-26 iyun tarixlərində mərasim tam başa çatanadək 1, 2, 4, 5, 6, 18, 21, 32, 46, 65, 88, 125, 175 və H1 (Hava limanı-28 may metrostansiyası ekspres xətti) marşrut xətləri üzrə avtobusların hərəkəti tətbiq ediləcək məhdudiyyətlərə uyğun təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi