Yuxarı

Bakıda səhər saatlarında ​nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Alternativ olaraq kənar yoldan istifadə etmək olar

Bakı. 16 oktyabr. REPORT.AZ/ Bakıda hazırda nəqliyyatın hərəkətində ən böyük sıxlıq Bakı-Sumqayıt şosesində paytaxt istiqamətində müşahidə edilir.

Bu haqda "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bundan başqa, Bakıda Tbilisi prospekti (hər iki istiqamətdə nisbi sıxlıq, alternativ yol - H. Zərdabi küç), Səməd Vurğun küçəsi (sıxlıq Təzə bazar istiqamətindədir, alternativ yol Mərdanov qardaşları küç), Heydər Əliyev prospektində əsas yol (alternativ yol H.Əliyev pros. kənar yol), A.Bakıxanov küçəsi (Türkiyə Səfirliyinin qarşısı) və İnşaatçılar prospektində (Dövlət Statistika Komitəsinin qarşısı) nəqliyyat vasitələrinin hərəkətində sıxlıq qeydə alınıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi