Bakıda səhər saatlarında ​nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Bakıda səhər saatlarında ​nəqliyyatın hərəkətində sıxlıq yaranıb Alternativ olaraq kənar yoldan istifadə etmək olar
İnfrastruktur
16 Oktyabr , 2015 09:18
Bakıda səhər saatlarında ​nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ Bakıda hazırda nəqliyyatın hərəkətində ən böyük sıxlıq Bakı-Sumqayıt şosesində paytaxt istiqamətində müşahidə edilir.

Bu haqda "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bundan başqa, Bakıda Tbilisi prospekti (hər iki istiqamətdə nisbi sıxlıq, alternativ yol - H. Zərdabi küç), Səməd Vurğun küçəsi (sıxlıq Təzə bazar istiqamətindədir, alternativ yol Mərdanov qardaşları küç), Heydər Əliyev prospektində əsas yol (alternativ yol H.Əliyev pros. kənar yol), A.Bakıxanov küçəsi (Türkiyə Səfirliyinin qarşısı) və İnşaatçılar prospektində (Dövlət Statistika Komitəsinin qarşısı) nəqliyyat vasitələrinin hərəkətində sıxlıq qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi