Yuxarı
    Bağlamaq

    Bakıda nəqliyyatın hərəkətini asanlaşdırmaq üçün yeni keçid yaradılır

    Bu tədbir nəqliyyatın hərəkətini normallaşdıracaq

    Bakı. 19 mart. REPORT.AZ/ Bakı şəhərinin avtomobil yollarında nəqliyyatın sıxlığını aradan qaldırmaq məqsədi ilə həyata keçirilən yeni tədbirlərdən biri də Yusif Səfərov və Babək prospektindən gələn nəqliyyat vasitələrinin hərəkətinin kəsişməsini aradan qaldırmaq məqsədilə, Y.Səfərov küçəsində dönmə əməliyyatı etmək üçün keçidin yaradılmasından ibarətdir. Bu barədə "Report"a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat Katibliyinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

    Onun sözlərinə görə, bu tədbir sayəsində Babək prospektindən Koroğlu Rəhimov küçəsi və Xətai prospektlərinə nəqliyyatın normal hərəkəti təmin olunacaq.

    "Belə ki, Babək prospektindən tunel vasitəsilə Yusif Səfərov küçəsinə daxil olan nəqliyyat vasitələri dönmə əməliyyatı edərək, yenidən Koroğlu Rəhimov küçəsinə və Xətai prospektinə hərəkət edə biləcəklər", - deyə P.Mürsəliyev qeyd edib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi