Bakı. 1 may. REPORT.AZ/ Bakı Biznes Mərkəzində
“Report” nazirliyin məlumatına əsasən xəbər verir ki, tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyi, SOCAR və “Azərişıq” ASC-nin rəsmi şəxsləri ilə yanaşı, neft maşınqayırması və neft avadanlıqları istehsalı sahələrində fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak ediblər.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev diqqətə çatdırıb ki, dövlət başçısı tərəfindən 26 dekabr 2014-cü il tarixində təsdiq olunan Azərbaycanda sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramında neft maşınqayırması sahəsinin inkişafı ilə bağlı təkliflərin hazırlanması İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırılıb. Bugünkü tədbir neft maşınqayırması sahəsində fəaliyyət göstərən müəssisələrin mövcud vəziyyətinin müzakirəsi, onların fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə zəruri dövlət dəstəyinin göstərilməsi və bu sahənin inkişafı ilə bağlı təkliflərin nəzərdən keçirilməsi baxımından əhəmiyyətlidir.
SOCAR prezidenti
“Azərişıq” ASC-nin sədri Baba Rzayev neft maşınqayırması müəssisələrində istehsal olunan yüksək keyfiyyətli avadanlıqların bir qisminin elektroenergetika və digər sahələrdə də istifadə olunduğunu, enerji infrastrukturunun inkişafı və təchizatı baxımından yerli məhsulların istehsalının vacibliyini qeyd edib.