Bakıda müşahidə edilən qarlı hava şəraiti aeroportun işinə təsir etməyib

Bakıda müşahidə edilən qarlı hava şəraiti aeroportun işinə təsir etməyib Hava Limanı: "Hava limanının fəaliyyətində hələki heç bir problem yaranmayıb"
İnfrastruktur
31 Yanvar , 2017 12:42
Bakıda müşahidə edilən qarlı hava şəraiti aeroportun işinə təsir etməyib

Bakı. 1 fevral. REPORT.AZ/ Hazırda Bakı şəhəri və Abşeron yarımadasında müşahidə olunan qarlı hava şəraiti Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə maneçilik yaratmayıb.

Hava Limanından “Report”a bildirilib ki, hazırda təyyarələrin yola salınması və qəbulu adi qaydada həyata keçirilir: “Bu gün aviauçuşlar tərtib olunan qrafikə uyğun davam etdirilir. Bu gün, indiyə qədər nəzərdə tutulan heç bir reys təxirə salınmayıb və uçuşların həyata keçirilməsində problem yoxdur. Hələki hava limanının fəaliyyətində problem yaranmayıb”.

Qeyd edək ki, bu gün Abşeron yarımadasında havanın temperaturu gecə 0-3 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi