Bu gün Bakıda mərkəzi yollardan biri tam bağlanacaq

Bu gün Bakıda mərkəzi yollardan biri tam bağlanacaq Sürücülərə alternativ yol təklif edilir
İnfrastruktur
31 İyul , 2015 15:53
Bu gün Bakıda mərkəzi yollardan biri tam bağlanacaq

Bakı. 31 iyul. REPORT.AZ/ Bu gün saat 22:00-dan səhər saat 05:00-dək Heydər Əliyev prospekti əsas yolda, Heydər Əliyev Mərkəzinin qarşısından “Böyük Şor” yol qovşağınadək olan hissəsində hər iki istiqamətdə yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. 

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən "Report"a bildirilib ki, bu səbəbdən göstərilən müddət ərzində prospektin sözügedən hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Sürücülər Heydər Əliyev prospektinin yan yollarıdan istifadə etməklə hərəkətlərinə maneəsiz şəkildə davam edə biləcəklər.

Son xəbərlər

Orphus sistemi