Yuxarı
    Bağlamaq

    Bakıda məktəblilər üçün yol hərəkəti qaydaları ilə bağlı aksiya keçirilib

    Tədbirin şüarı “Keç yeraltı keçiddən, uzaq ol təhlükədən!” olub

    Bakı. 24 noyabr. REPORT.AZ/ Bakıda məktəblilərin yol hərəkəti və ictimai nəqliyyatdan düzgün istifadə qaydaları haqda maarifləndirmə tədbiri keçirilib. Maarifləndirmə aksiyasını Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) və “Azəryolservis” ASC təşkil edib. \ğ

    "Report" xəbər verir ki, aksiya zamanı məktəblərin qarşısında azyaşlı məktəblilər üçün hazırlanmış yol hərəkəti və ictimai nəqliyyatdan istifadə qaydaları olan broşürlər paylanılıb. Xüsusilə məktəblərin yaxınlığındakı yeraltı və yerüstü piyada keçidlərinin yanında üzərinə “Keç yeraltı keçiddən, uzaq ol təhlükədən!” şüarı yazılan posterlər yapışdırılıb. 

    Yol hərəkəti qaydaları ilə bağlı mütəmadi təlimlərin keçirilməsi və maarifləndirici tədbirlərin təşkili uşaqların yollarda arzuolunmaz hadisələrlə üzləşməsinin qarşısını alan əsas amillərdəndir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi