Bakı. 25 iyun. REPORT.AZ/ Bakıda MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının üzv dövlətlərinin 49-cu iclası keçiriləcək.
Bu barədə "Report"a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata görə, iyunun 27-29-da baş tutacaq iclasda Amerika Birləşmiş Ştatları ASTM Beynəlxalq Qurumu, Ukrayna Milli Akkreditasiya Agentliyi, Belarus Standartlaşdırma üzrə Dövlət Komitəsi, Dövlət Metrologiya İnstitutu, Dövlət Akkreditasiya Mərkəzi, Qırğızıstan İqtisadiyyat Nazirliyi yanında Standartlaşdırma və Metrologiya üzrə Mərkəz, Qırğızıstan Akkreditasiya Mərkəzi, Qazaxıstan Texniki Tənzimləmə və Metrologiya Komitəsi, Milli Akkreditasiya Mərkəzi, Rusiya Texniki Tənzimləmə, Standartlaşdrıma və Uyğunluğun qiymətləndirilməsi Komitəsi, Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentlik, Ticarət və Sənaye Nazirliyi, Moldova Milli Akkreditasiya Mərkəzi, Polşa Standartlaşdırma Komitəsi, Latviya İqtisadiyyat Nazirliyinin Milli Standartlar İnstitutu, Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəhbər şəxsləri və digərləri iştirak edəcəklər.