Mayın 23-də Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin 19-cu iclası keçiriləcək.
İclasda region ölkələrinin gömrük xidmətlərinin hüquq-mühafizə sahəsindəki fəaliyyətinə dair fikir mübadiləsi aparılacaq, işçi qruplarının məruzələri dinləniləcək, əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə ediləcək.
May ayının 21-dən etibarən artıq işçi qrupların iclasları başlayıb. İclaslarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə, analitik informasiya və internet məkanında hüquqpozmalarla mübarizə sahəsində əməkdaşlıq və digər məsələlər müzakirə olunur.
Qeyd edək ki, bu MDB iştirakçı dövlətlərinin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin ölkəmizdə keçiriləcək sayca 4-cü iclasıdır.