Yuxarı

​Bakıda "Kütləvi çıxarış" kampaniyası keçirilib

Xətai rayonunda 50-yə yaxın mənzil sahibinə reyestrdən çıxarış təqdim olunub

Bakı. 21 noyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi əmlak sahiblərinin qeydiyyat xidmətlərindən daha rahat şəkildə yararlanması məqsədilə "Kütləvi çıxarış" kampaniyasını genişləndirir.

"Report" Komitənin məlumatına istinadən xəbər verir ki, bu ay artıq Tovuz, Qazax və Bakının Sabunçu rayonunda keçirilən kampaniya Xətai rayonunda davam etdirilib. Bu rayonda yeni tikilən çoxmərtəbəli yaşayış binalarının birində 50-yə yaxın mənzil sahibinə reyestrdən çıxarış təqdim olunub. Digər sakinlərdən isə əmlakın qeydiyyatı üçün sənədlər qəbul edilib.

Eyni zamanda kampaniya çərçivəsində sakinlərin digər hissəsindən mənzillərin qeydiyyata alınması üçün ilkin hüquqi sənədlər qəbul edilib.

Bildirilir ki, kampaniya çərçivəsində bütün qeydiyyat xidmətləri "bir pəncərə" prinsipi əsasında göstərilib.

Qeyd edilib ki, hündürmərtəbəli binaları tikən mənzil-tikinti kooperativləri tərəfindən Komitənin adı hallandırılmaqla vətəndaşlara əsassız müraciət və tələblər edilir. Kampaniya çərçivəsində yalnız "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna uyğun olaraq vətəndaşların mülkiyyət hüquqlarını təsdiq edən ilkin sənədlər əsasında çıxarışlar verilir.

"Kütləvi çıxarış" kampaniyası növbəti həftələrdə də Bakı və regionlarda davam etdiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi