​Bakıda növbəti "Kütləvi çıxarış" kampaniyası keçirilib

​Bakıda növbəti "Kütləvi çıxarış" kampaniyası keçirilib Kampaniya zamanı 50-yə yaxın vətəndaş mənzillərinə dair mülkiyyət sənədi əldə edib
İnfrastruktur
7 Mart , 2016 12:15
​Bakıda növbəti Kütləvi çıxarış kampaniyası keçirilib

Bakı. 7 mart. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Bakının Nəsimi rayonunda yerləşən yeni tikilən hündürmərtəbəli binanın sakinləri üçün “Kütləvi çıxarış” kampaniyası keçirib. “Report” Komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, mülkiyyət hüquqlarının səmərəli və çevik təmin olunmasında mühüm rolu olan kampaniya zamanı 50-yə yaxın vətəndaş mənzillərinə dair mülkiyyət sənədi əldə edib.

Mənzil sakinlərinə hazır çıxarışlar birbaşa binanın həyətində Komitənin mobil ofislərində təqdim olunub. Kampaniya çərçivəsində hazır çıxarışlar verilməklə yanaşı, mülkiyyətə dair ilkin sənədlər də qəbul edilib. Kampaniyanın daha da intensivləşməsində məqsəd vətəndaşların maraq və ehtiyacını nəzərə alaraq onların mülkiyyət hüquqlarını daha cəld və maksimum rahat şərtlərlə təmin etməkdir.

Bu günədək Bakı şəhərinin Səbail, Sabunçu, Xətai, Nizami rayonlarında və paralel olaraq regionlarda keçirilən belə kampaniyalarda 6 800-ə yaxın vətəndaş kampaniyadan faydalana bilib.

Son xəbərlər

Orphus sistemi